24 Aprel 2026, 11:11
FUTBOL
"Mançester Yunayted" "Benfika"nın yarımmüdafiəçisi Riçard Riosa ciddi maraq göstərir.
Matc.az xəbər verir ki, bu barədə "CaughtOffside" məlumat yayıb.
İngiltərə klubunun skautları kolumbiyalı futbolçunun çıxışını diqqətlə izləyir və onun oyununu yüksək qiymətləndirirlər. Lissabon təmsilçisi Riosun təxminən 45 milyon avroya satışını nəzərdən keçirməyə hazırdır.
Rios dünya çempionatında Kolumbiya millisinin heyətində uğurlu çıxış etsə, onun qiyməti arta bilər. 25 yaşlı dayaq yarımmüdafiəçisi uğrunda mübarizədə "Mançester Yunayted"in rəqibləri "Fulhem" və "Napoli" ola bilər.
Qeyd edək ki, Riçard Rios bu mövsüm "Benfika"nın heyətində bütün turnirlərdə 42 oyunda meydana çıxıb, 5 qol vurub və 5 məhsuldar ötürmə edib.












