"Everton" müdafiəçi Maykl Kinin müqaviləsinin müddətini uzadıb.

Matc.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

İngiltərə millisinin sabiq üzvü ilə 2026/2027 mövsümünün sonuna kimi nəzərdə tutulan yeni sözləşmə imzalanıb.

Qeyd edək ki, Maykl Kin 2017-ci ilin yayından "Everton"da çıxış edir. 33 yaşlı mərkəz müdafiəçisi bu mövsüm komandanın heyətində keçirdiyi 30 oyunda 3 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest