“Sabah”la oyun başa çatdıqdan sonra “Qarabağ” azarkeşləri olan sektordan meydançaya kənar şəxslər daxil olduğuna və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə Ağdam klubu 5000 manat ziyana düşüb.

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Matc.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının XXVIII turunun oyunlarında baş vermiş qayda pozuntularına hüquqi qiymət verilib:

“Araz-Naxçıvan” – “Turan Tovuz” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə meydan sahibləri 5000 manat cərimə edilib. “Turan Tovuz”da 5 nəfər sarı vərəqə aldığı üçün klub 700 manat cərimələnib.

“Karvan-Yevlax” – “Şamaxı” matçında təşkilati-texniki öhdəliklər (mətbuat konfransı otağı düzgün təşkil edilməyib) pozulduğuna görə Yevlax təmsilçisi 1000 manat cərimə ödəyəcək.

“Sabah”la oyun başa çatdıqdan sonra “Qarabağ” azarkeşləri olan sektordan meydançaya kənar şəxslər daxil olduğuna və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə Ağdam klubu 5000 manat ziyana düşüb. “Sabah”da 6 nəfər sarı vərəqə aldığı üçün Masazır təmsilçisi 700 manat cərimə edilib. Oyunun 47-ci dəqiqəsində “Sabah"ın 6 nömrəli futbolçusu Abdulax Xaybulayev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyunluq cəzalandırılıb, klub 1000 manat cərimələnib. Qarşılaşma başa çatdıqdan sonra “Sabah” azarkeşləri olan sektordan meydançaya kənar şəxslər daxil olduğuna və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə 5000 manat cərimə olunub.

“Kəpəz” – “İmişli” oyununda Gəncə təmsilçisində 4 nəfər sarı vərəqə aldığı üçün klub 700 manat cərimələnib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest