21 Aprel 2026, 13:01
FUTBOL
Azərbaycan Premyer Liqasının 28 turunda keçirilən “Zirə” – “Neftçi” matçının 90+4-cü dəqiqəsində meydan sahiblərinin vurduğu qol zamanı oyundankənar vəziyyət olduğu halda, epizoda müdaxilə etməyən VAR hakimi Nicat İsmayıllı cəzalandırılıb. Matc.az xəbər verir ki, N.İsmayıllı üçün artıq 2025/2026-cı il mövsümü başa çatıb.
Həmin matçın baş hakimi İnqilab Məmmədovu VAR-a çağırmayan, epizoda təqdim olunan görüntüyə görə yox, öz düşüncəsi ilə reaksiya bildirən ədalət təmsilçisinin bu davranışı qəbuledilməz hesab olunub.
Nəticədə o, mövsümün sonunadək bütün yarışlardan kənarlaşdırılıb.
Qeyd edək ki, VAR hakiminin epizoda müdaxilə etməməsi nəticəsində gərginlik yaranmış, nəticədə “Neftçi”nin baş məşqçisi Yuri Vernidub, köməkçisi Dmitro Kara-Mustafa, eləcə də futbolçusu Breno Almeyda qarşısında qırmızı vərəqə görmüşdü. Bu olaylar “Neftçi”nin 26200 manat cərimələnməsi ilə nəticələnib.
Bundan başqa, qarşılaşmadan sonra matçın yan xətt hakimi Namiq Hüseynovun avtomobilinə naməlum şəxslər tərəfindən ziyan vurulub. Buna görə isə “Zirə” klubu cərimələnib (teleqraf).







_1693390777.png)




