21 Aprel 2026, 12:36
FUTBOL
Mövsümün sonunda "Mançester Siti" ilə müqaviləsi başa çatan Bernardo Silva karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
"Fənərbaxça" portuqaliyalı hücumameyilli yarımmüdafiəçini heyətinə qatmaq istəyir. İstanbul nəhəngi yayda azad agent statusunda olacaq 31 yaşlı futbolçu ilə danışıqlara başlamağı planlaşdırır.
Təcrübəli oyunçuya Səudiyyə Ərəbistanından da təkliflər var.
Qeyd edək ki, Bernardo Silva bu mövsüm "Mançester Siti"nin heyətində keçirdiyi 45 oyunda 3 qol vurub, 5 qol ötürməsi edib.





_1693390777.png)






