09 Aprel 2026, 16:50
FUTBOL
"Bavariya" ilə mövsümün sonunda müqaviləsi başa çatan Leon Qoretska karyerasını İtaliyada davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.
"Milan" almaniyalı yarımmüdafiəçini heyətinə qatmaq istəyir. A Seriyası nəhəngi yayda azad agent statusunda olacaq 31 yaşlı futbolçuya illik 5 milyon avro maaş olmaqla 3 illik müqavilə təklif edəcək.
Qeyd edək ki, Almaniya millisinin üzvü olan Leon Qoretska bu mövsüm Münhen təmsilçisinin heyətində keçirdiyi 39 oyunda 2 qol vurub, 2 qol ötürməsi edib.

_1775755974.jpg)










_1676119785_1775743701.jpg)