24 May 2026, 10:52
FUTBOL
Berlinin Olimpiya stadionunda Almaniya Kubokunun final qarşılaşması keçirilib.
Matc.az xəbər verir ki, həlledici görüşdə "Bavariya" "Ştutqart"la üz-üzə gəlib.
Görüş Münhen komandasının 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Harri keyn rəqib qapısını 3 dəfə yol taparaq het-trik edib və komandasına kuboku qazandırıb.
Bununla da, "Bavariya" tarixində 21-ci dəfə ölkə kubokuna sahib olub.
Qeyd edək ki, Münhen komandası cari mövsüm həm ölkə çempionatını, həm də kubokunu qazanaraq "qızıl dubl" edib.













