23 May 2026, 21:11
FUTBOL
İngiltərə Premyer Liqasına vəsiqə uğrunda pley-offun final oyunu keçirilib.
Matc.az xəbər verir ki, həlledici qarşılaşmada "Hall Siti" və "Midlsbro" üz-üzə gəlib.
Görüş türkiyəli iş adamı Acun İlıcalının sahibi olduğu "Hall Siti"nin 1:0 hesablı qələbəsi ilə nəticələnib. Londonun "Uembli" stadionunda baş tutan matçın yeganə qolunu 90+5-ci dəqiqədə Oliver Makberni vurub.
Qeyd edək ki, bu qələbədən sonra "Hall Siti" 9 il sonra yenidən İngiltərə Premyer Liqasında mübarizə aparacaq.













