21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası mayın 28-dən 30-dək Bakıda, mayın 31-dən iyunun 10-dək isə Türkiyənin İsparta şəhərində təlim-məşq toplanışında olacaq.

Matc.az xəbər verir ki, U-21 Türkiyədəki hazırlıq çərçivəsində iyunun 6-da Bəhreyn, 9-da isə Qırğızıstanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı 2 yoldaşlıq oyunu keçirəcək. “Sav” stadionunda baş tutacaq hər iki matçın Bakı vaxtı ilə saat 18:00-da başlanması nəzərdə tutulur.

U-21-ə dəvət edilən futbolçuların adlarını nəzərinizə çatdırırıq:

Qapıçı: Sadiq Məmmədzadə (“Difai”)

Müdafiəçilər: Səlim Həşimov (“Şamaxı”), Emin Rüstəmov (“Karvan-Yevlax”), Elgün Dünyamaliyev (“Cəbrayıl”), Raul Məmmədov (“Səbail”), Eşqin Əhmədov (“Qəbələ”), Bilal İsmayılov (“Şamaxı”), Emil Süleymanov (“Şamaxı”), Edqar Ədilxanov (“Şamaxı”), Raul Süleymanov (“Hertha”, Berlin, Almaniya)

Yarımmüdafiəçilər: Ceyhun Bağırzadə (“Qəbələ”), Əkbər Eyubov (“Mingəçevir”), Ayxan Süleymanlı (“Sumqayıt”), Nuğay Rəşidov (“Qəbələ”), Qədir Ramazanov (“Qəbələ”), Elyas Bağci (“Hertha”, Berlin, Almaniya), Yusif Mehtiyev (“Meşaxte”, Gürcüstan), Lorenzo Mezzotero (“Sampdoriya”, İtaliya), Murad Məmmədov (“Neftçi”)

Hücumçular: Qurban Səfərov (“Səbail”), Tuncay Yusifli (“İmişli”), Şahin Şahniyarov (“Qəbələ”), Nahid Əliyev (“Şəfa”), Nihad Əhmədzadə (“Sumqayıt”)

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest