23 May 2026, 20:41
FUTBOL
"Mançester Yunayted" "Atalanta"nın yarımmüdafiəçisi Edersonu transfer etməyə yaxındır.
Matc.az xəbər verir ki, bu barədə məlumatı insayder Nikolo Şira paylaşıb.
Bildirilir ki, klublar arasında danışıqlar artıq son mərhələyə qədəm qoyub. Müqavilədə 45 milyon avro dəyərində sabit ödənişlər və əlavə 5 milyon avro bonuslar olacağı gözlənilir. Braziliyalı yarımmüdafiəçi ilə 2031-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanacağı nəzərdə tutulur.
Qeyd edək ki, Ederson 2022-ci ildən bəri İtaliya klubundadır. Bu müddət ərzində 26 yaşlı futbolçu 180 matçda meydana çıxıb, 16 qol vurub və 6 məhsuldar ötürmə edib.
Onun "Atalanta" ilə hazırkı müqaviləsi 2027-ci ilin ortalarına qədərdir.













