"Mançester Yunayted" bu yay "Vest Hem"in cinah oyunçusu Jarrod Bouen və yarımmüdafiəçisi Mateus Fernandeslə müqavilə imzalamağı düşünür.

Matc.az xəbər verir ki, bu barədə "Football Insider" məlumat yayıb.

London klubu bu mövsüm İngiltərə Premyer Liqasından düşərsə, "qırmızı şeytanlar" bu oyunçulara marağını artıra bilər.

Bouen Mançester klubunun əsas transfer hədəfi deyil. Klub daha çox Fernandeslə maraqlanır. "Vest Hem" portuqaliyalı oyunçu üçün təxminən 50 milyon funt-sterlinq (58 milyon avro) tələb edə bilər.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest