07 Aprel 2026, 10:59
FUTBOL
"Beşiktaş" mövsümün sonunda müqaviləsi başa çatan Ersin Destanoğlu ilə bağlı qərar verib.
Matc.az xəbər verir ki, İstanbul nəhəngi türkiyəli qolkiperi komandada saxlayacaq. Bu barədə "Sabah" nəşri məlumat yayıb.
Ersin bu mövsüm göstərdiyi performansla məşqçilər korpusunun etimadını qazanıb. Klub onunla yeni sözləşmə imzalayacaq. 25 yaşlı futbolçunun maaşı da artırılacaq.
Qeyd edək ki, Ersin Destanoğlu "Beşiktaş"ın yetirməsidir. O, cari mövsümdə "qara qartallar"ın heyətində keçirdiyi 25 oyunda 25 qol buraxıb.












