"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola gələcəyi ilə bağlı qərarı mövsüm başa çatana qədər verməyi planlaşdırmır.

Matc.az xəbər verir ki, bu barədə "The Telegraph" məlumat yayıb.

55 yaşlı mütəxəssis müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədə olsa da, komandanın nəticələrini və şəxsi durumunu qiymətləndirmək üçün may ayını gözləmək istəyir. Yalnız bundan sonra klubda qalıb-qalmayacağına qərar verəcək.

Çoxsaylı şayiələrə baxmayaraq, Qvardiola hələ də yekun qərar qəbul etməyib. “Mançester Siti” rəhbərliyi məşqçinin mövqeyini anlayır və ona təzyiq göstərmir, qərarını açıqlamaq üçün uyğun vaxtı özü seçməsinə imkan yaradır.

"Şəhərlilər" hazırda Premyer Liqada çempionluq uğrunda mübarizəni davam etdirir, Federasiya Kubokunda yarımfinaldadır və artıq Liqa Kubokunu qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest