07 Aprel 2026, 14:38
FUTBOL
"Real" yeni mövsüm üçün ilk transferini heyata keçirib.
Matc.az xəbər verir ki, La Liqa nəhəngi "Komo"da çıxış edə Niko Pasın keçidini həll edib. Bu barədə "El Chiringuito" məlumat yayıb.
"Kral klubu" Pas üçün 9 milyon avroluq geri satınalma bəndini işə salıb. 21 yaşlı hücumameyilli yarımmüdafiəçi 1 iyun tarixində komandanın düşərgəsinə qoşulacaq.
Qeyd edək ki, "Komo" Niko Pası 2024-cü ilin yayında "Real"dan 6 milyon avroya transfer edib. Argentina millisinin üzvü bu mövsüm A Seriyası təmsilçisinin heyətində keçirdiyi 34 oyunda 11 qol vurub, 6 qol ötürməsi edib.












