“Səbail” – “Baku Sportinq” oyununun 65-ci dəqiqəsində meydan sahiblərinin baş məşqçisi Adil Şükürov ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 4 oyunluq cəzalandırılıb, klub 3000 manat cərimə edilib.
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Matc.az xəbər verir ki, iclasda I Liqanın XX turunun oyunlarında baş vermiş qayda pozuntularına hüquqi qiymət verilib.
“Səbail” – “Baku Sportinq” oyununun 65-ci dəqiqəsində meydan sahiblərinin baş məşqçisi Adil Şükürov ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 4 oyunluq cəzalandırılıb, klub 3000 manat cərimə edilib. “Səbail” azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə Bayıl təmsilçis 1500 manat cərimələnib.
“Mingəçevir” – “Şəfa” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə bölgə təmsilçis 1500 manat cərimə ödəyəcək. “Şəfa” oyununda “Şəfa”nın 5 futbolçusu sarı vərəqə aldığı üçün klub 210 manat ziyana düşüb.












