"Benfika" Portuqaliya Premyer Liqasının XXVIII turunda səfərdə "Kaza Piya" ilə 1:1 hesablı heç-heçə edib.

Matc.az xəbər verir ki, Lissabon təmsilçisinin baş məşqçisi Joze Mourinyo qarşılaşmadan sonra gələcəyi ilə bağlı açıqlama verib. 63 yaşlı mütəxəssis klubda qalacağını bildirib:

"Qərarı özüm verirəm. Qərarım budur ki, "Benfika"da işləməyə davam etmək istəyirəm".

Qeyd edək ki, Mourinyo 2025-ci ilin sentyabrında "Benfika"nın baş məşqçisi vəzifəsinə təyin olunub. Komanda ölkə çempionatında 28 turdan sonra 66 xal toplayıb və turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest