06 Aprel 2026, 15:22
FUTBOL
"Fənərbaxça"nın heyətində ciddi itki baş verib.
Matc.az xəbər verir ki, Marko Asensio sıradan çıxıb.
İspaniyalı futbolçu Super Liqanın 28-ci turunun "Beşiktaş"la oyununda dizindən zədələnib. 30 yaşlı hücumçu aprelin 12-də "Kasyserispor"la səfərdə keçiriləcək matçda iştirak etməyəcək.
Qeyd edək ki, Marko Asensio bu mövsüm "Fənərbaxça"nın heyətində keçirdiyi 37 oyunda 13 qol vurub, 14 qol ötürməsi edib.












_1775472416.jpg)