06 Aprel 2026, 16:57
FUTBOL
Manuel Uqarte mövsümün sonunda "Mançester Yunayted"dən ayrılmağa yaxındır.
Matc.az xəbər verir ki, bu barədə "CaughtOffside" məlumat yayıb.
"Yuventus", "Qalatasaray", "Nyukasl" və "Aston Villa" uruqvaylı futbolçunun xidmətində maraqlıdır. Klubu Uqarteyə 40 milyon avro qiymət qoyub. 24 yaşlı dayaq yarımmüdafiəçisi yeni mövsüm Çempionlar Liqasında iştirak edən bir klubda oynamaq istəyir.
Qeyd edək ki, Manuel Uqarte bu mövsüm "Mançester Yunayted"in heyətində 23 oyunda iştirak edib.


_1775499735.jpg)









