06 Aprel 2026, 21:11
FUTBOL
"Roma"nın heyətində ciddi itki baş verib.
Matc.az xəbər verir ki, paytaxt təmsilçisinin müdafiəçisi Canluka Mançini sıradan çıxıb.
İtaliyalı futbolçu A Seriyasının XXXI turunun "İnter"lə səfər matçında (2:5) ayaq əzələsindən zədələnib. 29 yaşlı mərkəz müdafiəçisi təxminən 20 gün yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, Canluka Mançini bu mövsüm "Roma"nın heyətində bütün turnirlərdə keçirdiyi 39 oyunda 2 qol vurub, 2 qol ötürməsi edib.












