"Real"ın baş məşqçisi Alvaro Arbeloa La Liqada "Mayorka" ilə oyundan əvvəl, milli fasilədən sonra braziliyalı cinah oyunçusu Vinisiusun vəziyyəti ilə bağlı sualı cavablandırıb.
Matc.az xəbər verir ki, o, Vinisiusun yorğun olduğunu qeyd edib.
"Gözlənildiyi kimi, o, yorğundur. Dostum Karletto (Karlo Ançelotti) ona istirahət etməyə imkan verməyib. Amma bu normaldır. Kim belə bir oyunçunun istirahət etməsini istəyər?
Onu çox gözəl başa düşürəm. İki çox gərgin oyunu var idi. "Real" və Braziliya millisi çox yüksək tələblərə malik komandalardır.
Vinisius inanılmaz oyunçudur və 2026-cı ilin əvvəlindən bəri çoxlu oyun keçirdiyi göz qabağındadır. Düşünmürəm ki, onun bir gün də olsun istirahəti olub", - deyə Arbeloa bildirib.
Qeyd edək ki, Vinisius FİFA klublararası dünya çempionatından bəri "Real"ın 57 oyunundan 55-də oynayıb. Braziliyalı futbolçuya "Mayorka" ilə oyun üçün istirahət verilə biləcəyəyi bildirilir.












