Hazırda Qətərin "Əl-Sədd" klubunu çalışdıran Roberto Mançini 2018-ci ildən 2023-cü ilə qədər idarə etdiyi İtaliya milli komandasına qayıtmağa hazırdır.

Matc.az xəbər verir ki, bu barədə məlumatı jurnalist Rudi Qaletti paylaşıb.

Mançini 2023-cü ildən "Əl-Sədd"də çalışır. Klub sahibləri ona ildə 25 milyon funt-sterlinq maaşla sərfəli şərtlər təklif ediblər. Komanda ilə müqaviləsinin ləğv edilməsinin problem olmadığı bildirilir.

İtaliya millisinin baş məşqçisi vəzifəsinə daha iki namizədin adı hallanır. Bunlar, "Milan"ın baş məşqçisi Massimiliano Alleqri və "Napoli"nin çalışdırıcısı Antonio Kontedir.

Xatırladaq ki, İtaliya millisi 2026-cı il dünya çempionatına vəsiqə uğrunda pley-offun finalında Bosniya və Herseqovinaya məğlub olub (1:1, penaltilərdə - 1:4). Baş məşqçi Gennaro Qattuzo istefaya göndərilib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest