Səudiyyə Ərəbistanı Pro Liqasının 27-ci turunda "Əl-Nəsr" doğma meydanda "Əl-Nəcmə"ni qəbul edib.

Matc.az xəbər verir ki, qarşılaşma ev sahibi komandanın 5:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunun 44-cü dəqiqəsində hesabı qonaqların yarımmüdafiəçisi Rakan Əl Tulaihi açıb. "Əl-Nəsr" ilk hissənin sonlarında Abdullah Əl Həmdan (45+8) və Sadio Manenin (45+9) vurduğu qollar sayəsində hesabda irəli çıxıb.

İkinci hissənin əvvəlində "Əl-Nəcmə"nin hücumçusu Felipe Kardoso hesabı bərabərləşdirib. "Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo 56-cı dəqiqədə penaltidən fərqlənib, 73-cü dəqiqədə isə dubla imza atıb. 90+5-ci dəqiqədə isə Sadio Mane də dubla imza ataraq görüşdə yekun hesabı müəyyənləşdirib – 5:2.

Qeyd edək ki, Ronaldo karyerasında 966-cı və 967-ci qollarını vurub.

Səudiyyə Ərəbistanı çempionatında 27 oyundan sonra "Əl-Nəsr" 70 xalla turnir cədvəlinə başçılıq edir. "Əl-Nəcmə" isə 8 xalla sonuncu yerdədir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest