"Bavariya" və Almaniya millisinin yarımmüdafiəçisi Leon Qoretska karyerasını "Fənərbaxça"da davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Goal.com" məlumat yayıb.
Qoretskanın "Bavariya" ilə müqaviləsi cari mövsümün sonunda bitir və yenilənməyəcək. "Arsenal", "İnter" və "Milan" da daxil olmaqla, bir neçə aparıcı Avropa klubu Qoretskanı pulsuz transferlə transfer etməkdə maraqlıdır.
Lakin, hələlik onlardan heç biri 31 yaşlı almaniyalı futbolçunun maliyyə tələblərini yerinə yetirməyə hazır deyil. O, ildə 7 milyon avro maaş və 10 milyon avro bonusla 3 illik müqavilə istəyir.
Son günlərdə "Fənərbaxça" da Qoretska uğrunda mübarizəyə daxil olub. Rəqiblərindən fərqli olaraq, Türkiyə klubu yarımmüdafiəçinin maliyyə tələblərini yerinə yetirməyə hazırdır.
Qoretskadan əlavə, "Fənərbaxça" azad agent statusunda olan daha bir alman futboluçu Yulian Brandtla müqavilə imzalamaqda maraqlıdır.





_1676119785.jpg)






