03 Aprel 2026, 18:20
FUTBOL
"Köln"ün futbolçusu Said El Mala karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Sky Sports" televiziyasının əməkdaşı Fzlorian Plettenberq məlumat yayıb.
"Brayton" almaniyalı vingeri transfer etmək istəyir. Klublar arasında 19 yaşlı oyunçunun keçidi üçün danışıqlar davam edir. Lakin hələ heç bir razılıq əldə olunmayıb.
Almaniya klubu gənc futbolçu üçün 40 milyon avro tələb edir.
Qeyd edək ki, Said El Mala bu mövsüm "Köln"ün heyətində keçirdiyi 29 oyunda 10 qol vurub, 4 qol ötürməsi edib. O, Almaniyanın U-21 millisinin üzvüdür.












