"Tottenhem"in və Keniya milli komandasının sabiq yarımmüdafiəçisi Viktor Vanyama peşəkar futbol karyerasını başa vurub.

Matc.az xəbər verir ki, bu barədə "Tottenhem"in mətbuat xidməti məlumat verib.

Vanyama 2016-cı ilin iyun ayında transfer oldunduğu "Tottenhem"dəki çıxışları ilə daha çox tanınıb. O, ingilis klubunda 97 oyunda meydana çıxıb.

Keniyalı futbolçunun son komandası Şotlandiyanın "Danfermlin" klubu olub. O, "Seltik"də də oynayıb və orada Şotlandiya çempionluğunu və Şotlandiya Kubokunu qazanıb. O, həmçinin "Monreal"la Kanada Kubokuna da sahib olub.

Vanyama Keniya milli komandasında bütün yarışlarda 65 oyun keçirib və 8 qol vurub.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest