Luis Qarsiya Plaza "Sevilya"nın yeni baş məşqçisi təyin edilib.
Matc.az xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, 53 yaşlı ispan məşqçinin müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub.
O, ötən gün klubdan ayrılan argentinalı məşqçi Matias Almeydanı əvəz edib.
Qarsiya Plaza 2024-cü ilin dekabr ayında "Alaves"dən ayrıldığı vaxtdan bəri işsizdir. Məşqçilik karyerası ərzində o, "Altea", "Villajoyosa", "Elçe", "Benidorm", "Levante", "Xetafe", "Baniyas", "Beijing Renhe", "Vilyarreal", "Əl-Şabab" və "Malyorka"da klublarında çalışıb.
Qeyd edək ki, "Sevilya" hazırda 29 oyunda 31 xal toplayaraq La Liqanın turnir cədvəlində 15-ci yerdə qərarlaşıb. Komandanı düşmə zonasından cəmi 3 xal ayırır.












