PSJ Fransa çempionatının XXIX turunun "Lans"la matçının təxirə salınmasını istəyir.

Matc.az xəbər verir ki, bu barədə "L’Equipe" nəşri məlumat yayıb.

Paris təmsilçisi bununla bağlı Fransa Peşəkar Futbol Liqasına müraciət edib. PSJ qrafik sıx olduğu üçün belə addım atıb. Qurum durumu dəyərləndirdikdən sonra qərar verəcək.

Bu arada rəqib "Lans" matçın təxirə salınmasının qəti şəkildə əleyhinədir. Onlar qarşılaşmanın təyin olunan vaxtda baş tutmasını tələb edirlər.

Qeyd edək ki, 8-14 aprel tarixlərində UEFA Çempionlar Liqası 1/4 final mərhələsinin görüşləri çərçivəsində "Liveerpul"la üz-üzə gələcək. "Lans"la qarşılaşma isə ayın 11-də keçirilməlidir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest