"Real", "Liverpul" və "Borussiya" "Çelsi"nin sağ cinah müdafiəçisi Coş Açeamponqa maraq göstərirlər.

Matc.az xəbər verir ki, bu barədə "Caught Offside" məlumat yayıb.

Bildirilir ki, 19 yaşlı futbolçu üçün potensial təkliflər 25-30 milyon avro arasında dəyişə bilər. Vurğulanır ki, müdafiəçinin satışı "Çelsi"yə əhəmiyyətli maliyyə imkanları qazandıra bilər.

Açeamponq bu mövsüm bütün turnirlərdə 24 oyunda meydana çıxıb və 2 qol vurub. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. "Transfermarkt" portalında futbolçunun dəyəri 25 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest