Fransanın "Marsel" klubunun heyətində ciddi itki baaş verib.

Matc.az xəbər verir ki, Liqa 1 təmsilçisinin əsas oyunçularından olan Meyson Qrinvud sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İngiltərəlli vinger ayaq əzələsindən zədələnib. 24 yaşlı futbolçunun yaşıl meydanlara qayıdacağı tarix açıqlanmayıb.

Qeyd edək ki, Meyson Qrinvud bu mövsüm "Marsel"in heyətində keçirdiyi 39 oyunda 25 qol vurub, 8 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest