"Bavariya" David Santos Dayberlə ilk peşəkar müqaviləni imzalayıb.

Matc.az xəbər verir ki, bu barədə Münhen təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Portuqaliyalı dayaq yarımmüdafiəçisi ilə 2030-cu ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, David Santos Dayber "Bavariya"nın yetirməsidir. 19 yaşlı futbolçu bu mövsüm komandanın heyətində Bundesliqada 2 oyunda 27 dəqiqə meydanda olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest