23 Mart 2026, 16:30
FUTBOL
"Ayntraxt"ın hücumçusu Yonatan Burkardt İngiltərə klublarının transfer siyahısına düşüb.
Matc.az xəbər verir ki, bu barədə insayder Ekrem Konur məlumat yayıb.
"Lids Yunayted" və "Kristal Pelas" almaniyalı futbolçunu transfer etmək istəyir. Frankfurt klubu 25 yaşlı forvardı 45 milyon avroya satmağa hazırdır.
Qeyd edək ki, Almaniya millisinin üzvü olan Yonatan Burkardt bu mövsüm "Ayntraxt"ın heyətində keçirdiyi 22 oyunda 11 qol vurub, 1 qol ötürməsi edib.












_1774266570.jpg)