23 Mart 2026, 10:13
FUTBOL
"Atletiko"nun hücumçusu Antuan Qrizmann karyerasını ABŞ-də davam etdirəcək.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Fransalı futbolçu "Orlando Siti" ilə anlaşıb. 35 yaşlı forvard iyulda MLS təmsilçisinin düşərgəsinə qoşulacaq. Təcrübəli oyunçu bu həftə ABŞ-yə gedərək yeni klubu ilə müqavilə imzalayacaq.
Qeyd edək ki, Antuan Qrizmann bu mövsüm "Atletiko"nun heyətində bütün turnirlərdə keçirdiyi 43 oyunda 13 qol vurub, 4 qol ötürməsi edib.

_1774266570.jpg)










