22 Mart 2026, 17:08
FUTBOL
"Borussiya" və klubun idman direktoru Sebastian Kel tərəfdaşlıqlarını dayandırmaq barədə qarşılıqlı razılığa gəliblər.
Matc.az xəbər verir ki, klubun mətbuat xidməti bu barədə məlumat verib.
Kel 2018-ci il iyunun 1-dən Dortmund klubunda oyunçu lisenziyalaşdırma rəhbəri vəzifəsində çalışıb. 2022-ci il iyulun 1-dən isə idman direktoru vəzifəsində işləyib.
Oyunçu karyerası ərzində Sebastian "Borussiya"da 2002-ci ildən 2015-ci ilə qədər oynayıb.
Qeyd edək ki, Kel 3 dəfə Bundesliqanın (2001/02, 2010/11 və 2011/12 mövsümlərində), Almaniya Kubokunun (2012) və 3 Almaniya Superkubokunun (2008, 2013 və 2014) qalibi olub.












