"Lion" "Olimpiakos"dan icarəyə götürdüyü Roman Yaremçukun transfer hüquqlarına yiyələnəcək.

Matc.az xəbər verir ki, bu barədə "Jeunesfooteux.com" saytı məlumat yayıb.

Ukraynalı hücumçunun performansı məşqçilər korpusunu qane edib. Fransa klubu 30 yaşlı forvard üçün yunanlara 5 milyon avro ödəyəcək.

Qeyd edək ki, "Lion" Roman Yaremçuku fevralda icarəyə götürüb. Ukrayna millisinin üzvü Liqa 1 təmsilçisinin heyətində 8 oyunda 1 qol vurub, 1 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest