"Sevilya" baş məşqçi Matias Almeyda ilə yollarını ayırıb.

Matc.az xəbər verir ki, 52 yaşlı mütəxəssis uğursuz nəticələrə görə istefaya göndərilib. Bu barədə yerli mətbuat məlumat yayıb.

Argentinalı çalışdırıcı ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək  ki, Matias Almeyda mövsümün əvvəlində "Sevilya"nın baş məşqçisi vəzifəsinə təyin olunub. Komanda La Liqada 29 turdan sonra 31 xal toplayıb və turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest