"Opta" superkompüteri "Arsenal"ın İngiltərə Kubokunun finalında "Mançester Siti"yə qalib gəlmə ehtimalını 51,9% olaraq qiymətləndirib.

Matc.az xəbər verir ki, "şəhərlilər"in qələbə ehtimalı 24,8% olaraq yəyərləndirilir. Qarşılaşmanın əlavə vaxta keçməsi və ya penaltilər seriyası ilə bitməsi ehtimalı isə 23,3%-dir.

Qeyd edək ki, "Arsenal" və "Mançester Siti" arasında final oyunu bu gün keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 20:30-da Londondakı "Uembli" stadionunda başlayacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest