"Real" "Çelsi"nin argentinalı yarımmüdafiəçisi Enzo Fernandes üçün 120 milyon avro ödəməyə hazırdır.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "TyC Sports" nəşri paylaşıb.
Bildirilir ki, London klubu 2023-cü ildə argentinalı futbolçu üçün xərclədiyi məbləği geri qaytarmaq niyyətindədir və bu səbələ güzəştə getmək fikrində deyil.
Bu transferin reallaşması üçün "Real"ın hazırkı heyətindən bəzi oyunçuları satmalı olacağı bildirilir. Əgər transfer baş tutsa, Fernandesin sabiq klubu "River Pleyt" bu keçiddən təxminən 5 milyon avro qazanacaq.
Futbolçunun İngiltərəni tərk etmək istəyinə təsir edən əsas amillərdən biri də Londondakı hava şəraiti və günəş işığının azlığıdır.
Qeyd edək ki, 2022-ci ilin dünya çempionu cari mövsümdə bütün turnirlər daxil olmaqla 46 matçda iştirak edib, 12 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Çelsi" ilə müqaviləsi 2032-ci ilin yayına qədər qüvvədədir.












