"Bavariya"nın yarımmüdafiəçisi Aleksandar Pavloviç zədələnib.

Matc.az xəbər verir ki, bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.

21 yaşlı futbolçu Almaniya milli komandasının düşərgəsinə qoşulmayacaq. Gənc dayaq yarımmüdafiəçisi milli fasilədən sonra yaşıl meydanlara qayıdacaq.

Qeyd edək ki, Aleksandar Pavloviç bu mövsüm "Bavariya"nın heyətində bütün turnirlərdə keçirdiyi 35 oyunda 3 qol vurub, 1 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest