23 Mart 2026, 20:43
FUTBOL
Pablo Lonqoriya "Marsel"in prezidenti vəzifəsindən ayrılıb.
Matc.az xəbər verir ki, bu barədə Fransa klubunun rəsmi saytı məlumat yayıb.
Klubun sahibi olan "McCourt Global" şirkəti Lonqoriya ilə əməkdaşlığa son qoyulması barədə razılığa gəlib. İspaniyalı funksioner bu vəzifəni 2021-ci ilin fevral ayından icra edirdi.
Klubun bəyanatında deyilir: "Marsel" Pablo Lonqoriyanın son altı il ərzində kluba göstərdiyi sədaqəti və gördüyü işi yüksək qiymətləndirir. Klub onun karyerasının növbəti mərhələsində uğurlar arzulayır".
Qeyd edək ki, "Marsel" Liqa 1-də 27 turdan sonra 49 xal toplayıb və turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.












