"Milan"nın yarımmüdafiəçisi Luka Modriç İtaliya A Seriyasının 30-cu turunda "Torino"ya qarşı keçirilən oyunda meydana çıxıb

Matc.az xəbər verir ki, bununla da 40 yaşlı futbolçu son 18 ildə Avropanın TOP-5 liqalarında 550-dən çox oyun keçirən ikinci futbolçu olub.

Milan klubunun 3:2 hesablı qələbəsi ilə başa çatan görüşdə xorvatiyalı yarımmüdafiəçi start heyətində yer alıb və sonadək meydanda qalıb.

Modriç karyerası ərzində oyunlarının böyük hissəsini İspaniyada "Real"ın (394 oyun) heyətində keçirib. O, həmçinin İngiltərədə "Tottenhem"də 127 və "Milan"da 29 matçda iştirak edib.

Qeyd edək ki, Avropanın TOP-5 liqalarında ən çox oyun keçirən futbolçu "Atletiko"nun hücumçusu Antuan Qrizmanndır. Onun hesabında 555 matç var.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest