Türkiyə millisinin və "Qalatasaray"ın qapıçısı Uğurcan Çakır karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "Türkiye Gazetesi" məlumat yayıb.

Bildirilir ki, "Tottenhem", "Nyukasl" və "Aston Villa" klubları türkiyəli qolkiperə yaxından maraq göstərirlər.

İngiltərə nəhəngləri istedadlı qapıçının keçidinə 30 milyon avro ödəməyə hazırdırlar.

Qeyd edək ki, Çakır "Qalatasaray"a mövsümün əvvəlində "Trabzonspor"dan transfer olunub.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest