21 Mart 2026, 19:06
FUTBOL
"Qarşıda bizi hələ çox oyunlar gözləyir".
Bu gün Misli Premyer Liqasında 25-ci tura yekun vurulub. Turun son qarşılaşmasında "Turan Tovuz" "Qəbələ"ni 3:2 hesabı ilə məğlub edib.
Matc.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev qələbəni şərh edib:
"Çətin oyun oldu. Yaxşı başlamışdıq oyuna. İlk hissənin ikinci periodundan etibarən üstünlüyü rəqibə tərəf verdik. Lakin 2-ci hissədə üstünlüyü ələ keçirərək qələbə qazandıq. Üçüncü pillənin sahibi kimi danışmaq tezdir. Qarşıda bizi hələ çox oyunlar gözləyir".












