16 Mart 2026, 10:11
FUTBOL
İspaniya La Liqasında XXVIII turun oyunları keçirilir.
Matc.az xəbər verir ki, lider "Barselona" doğma meydanda "Sevilya"nı qəbul edib. Qarşılaşma Kataloniya təmsilçisinin 5:2 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 70-ə yüksəldən "Barselona" liderliyini davam etdirir. 31 xalı olan "Sevilya" isə 14-cü yerdədir.
"Barselona" - "Sevilya" 5:2
Qollar: Rafinya, 9 (pen), 21 (pen), 51, Dani Olmo, 38, Joau Kanselu, 60 - Oso, 45+3, Cibril Sou, 90+2












