İyunun 18-dən etibarən Bolqarıstanın Bansko şəhərində təlim-məşq toplanışında olan "Səbail" bu gün üçüncü yoxlama oyununa çıxıb. Matc.az xəbər verir ki, paytaxt təmsilçisi bu dəfə Rumıniyanın "Klinçeni" klubu ilə üz-üzə gəlib. Qarşılaşma yerli vaxtla saat 18:30-da (Bakı vaxtı ilə 19:30) başlayıb və qolsuz başa çatıb.
"Səbail" toplanış çərçivəsində ilk iki yoxlama oyununu Bolqarıstan klublarına qarşı keçirib. "Lokomotiv" (Plovdiv) komandasına 0:1 hesabı ilə məğlub olan bakılılar, "Beroe" ilə görüşdə darmadağınla üzləşib – 0:4.
Yoxlama oyunu
28 iyun
Səbail – Klinçeni 0:0