FIFA prezidenti Canni İnfantino yayda keçiriləcək dünya çempionatının ev sahiblərindən olan ABŞ-nin prezidenti Donald Trampla görüşüb.

Matc.az xəbər verir ki, ali futbol qurumunun rəhbəri dövlət başçısı ilə İranın mundialda iştirak edib-etməyəcəyi barədə müzakirələr apardıqlarını bildirib:

"Dünya çempionatına hazırlıqların vəziyyətini və cəmi 93 gündən sonra başlayacaq turnirlə bağlı artan həyəcanı müzakirə etmək üçün Amerika Birləşmiş Ştatları prezidenti Donald Trampla görüşdüm. Həmçinin İrandakı mövcud vəziyyəti və İran milli komandasının mundiala vəsiqə qazanmasını da müzakirə etdik. Müzakirələr zamanı prezident Tramp İran milli komandasının ABŞ-da keçirilən turnirdə iştirakının xoş qarşılanacağını bir daha vurğuladı".

Qeyd edək ki, DÇ-2026 11 iyun - 19 iyul tarixləri arasında ABŞ, Kanada və Meksikada keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest