"Real" alman məşqçi Yurgen Kloppu məşqçiliyə qaytara biləcək yeganə klubdur.

Matc.az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb.

Madrid klubu "Liverpul"un sabiq menecerini əsas komandanın baş məşqçisi vəzifəsinə ciddi şəkildə nəzərdən keçirir.

Qeyd olunur ki, İspaniya klubu bir neçə ildir ki, Kloppun işini yaxından izləyir və onun performansını yüksək qiymətləndirir. Lakin "Real" hələ Kloppla əlaqə saxlamayıb.

Mediada artıq Kloppun "Red Bull"un qlobal idman direktoru vəzifəsindən vaxtından əvvəl ayrıla biləcəyi barədə məlumatlar yayılır. Onun "Red Bull" ilə müqaviləsi 2029-cu ilin sonuna qədər nəzərdə tutulub.

Yurgen Kloppun son klubu "Liverpul" olub. Alman məşqçi 2015-ci ildən 2024-cü ilə qədər İngiltərə nəhənginə rəhbərlik edib. İngilis klubu onun rəhbərliyi altında 489 oyun keçirib və 8 kubok qazanıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest