"Qalatasaray" Lukas Torreyranın müqaviləsinin müddətini uzatmağı planlaşdırır.

Matc.az xəbər verir ki, bu barədə jurnalist Ali Naci Küçük məlumat yayıb.

Yeni sözləşmədə uruqvaylı yarımmüdafiəçinin maaşının da artırılması nəzərdə tutulub. Klub 30 yaşlı futbolçunun illik 4 milyon avro olan maaşını 4,5 milyon avroya qaldıracaq.

Qeyd edək ki, Lukas Torreyra bu mövsüm "Qalatasaray"ın heyətində keçirdiyi 35 oyunda 3 qol vurub, 4 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest