"Çelsi" "Bornmut"un mərkəz yarımmüdafiəçisi Aleks Skottla maraqlanır.

Matc.az xəbər verir ki, bu barədə "The Independent" nəşri məlumat yayıb.

Bildirilir ki, "albalılar" futbolçu üçün 50 milyon funt-sterlinqdən (57,5 milyon avro) çox pul istəyir. 22 yaşlı futbolçunun transferində daha çox klub maraqlı olarsa, bu rəqəm daha da yüksək ola bilər.

"Çelsi" bu yay komandanın yarımmüdafiəsində gözlənilən dəyişikliklər fonunda Skottla xüsusilə maraqlanır. Belə ki, Enzo Fernandes komandadan ayrıla bilər.

Skott bu mövsüm bütün yarışlarda 34 oyuna çıxıb, 4 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir. "Transfermarkt" portalında yarımmüdafiəçinin dəyəri 40 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest