16 Aprel 2026, 18:39
FUTBOL
Ekvadorda 48 yaşlı hakim Xavyer Orteqa futbol qarşılaşması zamanı güllələnib.
Matc.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Bildirilir ki, cinayət aprelin 12-də El oro əyalətindəki Pasaxe şəhərində yerli həvəskar komandalar arasında keçirilən oyun zamanı, onlarla şahidin gözü qarşısında baş verib.
Bir neçə silahlı şəxs futbol meydançasına girib, hakimi güllələyib və hadisə yerindən qaçıb. Təcili yardım işçiləri hadisə yerinə dərhal gəliblər, lakin hakimin həyatını xilas edə bilməyiblər.
Ekvador hüquq-mühafizə orqanları hazırda hadisəni araşdırır və hadisə məqsədyönlü qətl kimi dəyərləndirilir.





 (1)_1776364407.jpg)




_1776355585.jpg)

