"İnter Mayami" və Argentina milli komandasının ulduz hücumçusu Lionel Messi İspaniya futbol klubu "Kornella"nın sahibi olub.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Messi klubun səhmlərinin 100 faizini əldə edib. "Kornella" İspaniya çempionatının beşinci ən güclü divizionu olan "Tersera Federasion" qrupunda oynayır.

"Kornella"nın bazası Kataloniyadadır. Klub "Arsenal"ın qapıçısı David Raya, "Barselona"nın müdafiəçisi Jerar Martin, Keyta Balde və Jordi Alba kimi məşhur oyunçuları yetişdirib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest